Təsvir
Ağciyər və bronxlar üçün BronxBal
Tərkibi
Biyan kökü, keçibuynuzu meyvəsi, bağayarpağı toxumu, çiçək tozu, andız bəhməzi, çörəkotu yağı, zəncəfil kökü, zəyərək toxumu, küncüt toxumu, bal.
Təsir xüsusiyyətləri
BRONXBAL məcun sınanılmış reseptlər əsasında həkim-fitoterapevt və apiterapevtlər tərəfindən hazırlanmış immun sistemini yaxşılaşdıran, nəfəs yollarında spazmı aradan götürən və infeksion proseslərə qarşı müdafiə komponentləri artıran məhsuldur.
- Tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini və kiprikli epitelin hərəki aktivliyini artırır;
- Bəlğəmi durulaşdırır və xaric olmasını sürətləndirir;
- Öskürək və tənəffüs mərkəzinin qıcıqlanmasını azaldır;
- Bronxların spazmını və təngnəfəsliyi aradan qaldırır;
- Öskürək və iltihab əleyhinə effektivdir;
- Antiseptik və antiallergik təsirə malikdir;
- İnterferon sintezini artıraraq, orqanizmin immun müqavimətini yüksəldir.
Əks təsiri
Tərkibindəki məhsullara qarşı fərdi həssaslıq.
İstifadə qaydası və dozası
1-3 yaşlı uşaqlar üçün 1/2 çay qaşığı gündə 2 dəfə yeməkdən əvvəl;
3-7 yaş üçün 1 çay qaşığı gündə 2-3 dəfə yeməkdən əvvəl;
7-12 yaş üçün 1 desert qaşığı gündə 2 dəfə yeməkdən əvvəl;
Böyüklər üçün 1 xörək qaşığı gündə 2-3 dəfə yeməkdən əvvəl.
Saxlanılması
Hazırlandığı vaxtdan etibarən 1 il müddətində sərin və quru yerdə saxlamaq
Reviews
There are no reviews yet.