Sifariş və çatdırılma

Saytımızdan məhsul sifariş vermək üçün çox sayda üsul var. Bakıda və Naxçıvan da daxil olmaqla bütün bölgələrə çatdıdılma var.

QEYD: Sifarişlər şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00 – 20:00 intervalında qəbul olunur. Qeyri-iş saatlarında göndərilmiş sifariş və edilmiş zənglə bağlı iş saatı başlayan kimi sizinlə əlaqə saxlanılacaq

Məhsulları sifariş vermək üçün 4 üsul var:

1. Məhsulu və ya məhsulları səbətə atmaqla. Səbətə keçib sifarişi tamamlamaq üçün qrafaları doldurursuz. Bu zaman “Hesab yaratmaq?” xanasını işarələməklə avtomatik hesab yaratmaq mümkündür. Hesabla gələcəkdə birbaşa alış-veriş etmək mümkün olacaqdır.
Qrafaları doldurub göndərdikdən sonra sifariş satış operatoruna gəlir. Qısa zamanda sizə  zəng ediləcək. Əgər qeyri-iş saatlarında sifariş göndərmisizsə iş saatı başlayan kimi əlaqə saxlanılacaq. Sifarişlə bağlı bütün detallar və çatdırılma ünvanı dəqiqləşdirildikdən sonra sifariş qeydə alınacaq.

2. Zəng etməklə və ya votsapa yazmaqla. Əlaqə nəticəsində sifarişlə bağlı bütün detallar və çatdırılma ünvanı dəqiqləşdirildikdən sonra sifariş qeydə alınacaq.

3. Məhsul səhifəsində “Sifariş formunu doldurub göndərməklə. Səbət üsulunda olduğu kimi, əlaqə saxlanılacaq və sifarişlə bağlı bütün detallar və çatdırılma ünvanı dəqiqləşdirildikdən sonra sifariş qeydə alınacaq.

4. Elektron poçta yazmaqla. Səbət üsulunda olduğu kimi, əlaqə saxlanılacaq və sifarişlə bağlı bütün detallar və çatdırılma ünvanı dəqiqləşdirildikdən sonra sifariş qeydə alınacaq.

Çatdırılma qaydası

Hər hansı üsul ilə daxil olmuş sifarişlə bağlı çatdırılma ünvanı, ödəniş qaydası və digər detallar dəqiqləşdirildikdən sonra sifariş qeydə alınır və çatdırılmaq üçün hazırlanır. Bakı şəhərində 1 gün ərzində, bölgələrə isə 2 gün ərzində çatdırılma həyata keçirilir. 

Ödəmə Bakı şəhərində onlayn və ya nəğd, bölgələrdə isə yalnız əvvəlcədən onlayn həyata keçirilir. Onlayn ödəmə bank kartı və ya ödəmə terminalı ilə həyata keçirilir. 

X